• Bakı 32° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Söz azadlığı mübahisəsi: ABŞ və Aİ arasında dərinləşən rəqəmsal Qərb ayrılığı

SİYASƏT

02 Avqust 2025 | 10:00

Söz azadlığı mübahisəsi: ABŞ və Aİ arasında dərinləşən rəqəmsal Qərb ayrılığı

ABŞ ilə Avropa İttifaqı arasında fikir ayrılığı bu dəfə onlayn platformaların tənzimlənməsi və söz azadlığı prinsipləri üzərində cərəyan edir.

Avropa İttifaqının rəqəmsal məkanla bağlı son addımları - xüsusilə sosial şəbəkələrə tətbiq edilən qaydalar - Vaşinqtonda narahatlıq doğurub. ABŞ rəsmiləri Avropanın bu istiqamətdə atdığı addımları söz və ifadə azadlığının məhdudlaşdırılması kimi dəyərləndirir.

Vaşinqtonun narahatlığının mərkəzində fikir plüralizminə və açıq müzakirə imkanlarına xələl gətirə biləcək hüquqi və texnoloji mexanizmlər dayanır. ABŞ rəsmiləri hesab edir ki, Avropa İttifaqının platformalara yönəlik nəzarət tədbirləri ictimai diskussiyaları daraldır və azad sözün sərhədlərini daraldan bir tendensiyaya çevrilir. Bəzi tənqidçilər bu yanaşmanı dolayısı ilə senzura kimi xarakterizə edir.

Avropa İttifaqı isə öz növbəsində bu ittihamları qəbul etmir və tədbirləri ictimai təhlükəsizliyin qorunması, yalan məlumatların yayılmasının qarşısının alınması və nifrət nitqinə qarşı mübarizə kimi əsaslandırır. Brüssel bu tədbirlərin azadlığı deyil, məsuliyyətli informasiya mühitini təşviq etdiyini bildirir.

Mövcud fikir ayrılığı, söz azadlığının yalnız hüquqi deyil, həm də mədəni və siyasi kontekstdə necə şərh olunduğunu göstərir. Belə görünür ki, ABŞ və Aİ arasında rəqəmsal dəyərlərin sərhədləri getdikcə daha da fərqlənir və bu, Qərbin daxilində yeni fikir qarşıdurmasının əsas mövzularından birinə çevrilə bilər.

Ruslan Zəngəzur


SON XƏBƏRLƏR

01 Avqust 2025