• Bakı 21° C

    14.92 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Azərbaycanda nadir hallarda rast gəlinən xəstəliklərə yoluxanların sayı 

CƏMİYYƏT

03 Iyul 2025 | 12:38

Azərbaycanda nadir hallarda rast gəlinən xəstəliklərə yoluxanların sayı 

Ötən il Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən beş xəstəlik növünə yoluxma qeydə alınıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, 2024-cü ildə ən çox yoluxma halı exinokokkz (parazitar xəstəlik, əsasən tüklü heyvanlardan insanlara keçir və qaraciyər, ağciyər və digər orqanlarda kistlərin əmələ gəlməsinə səbəb olur) xəstəliyində rast gəlinib:

"Ən çox yoluxma halı 33 nəfər olmaqla exinokokkz xəstəliyində rast gəlinib. 10 nəfərdə cüzam (xroniki infeksion xəstəlik), 11 nəfərdə visseral və dəri leyşmanioz (insanlar və məməlilərə əsasən mığmığaların dişləməsi yolu ilə yoluxan protozoan xəstəlik), 2 nəfərdə isə quduzluq aşkarlanıb".


SON XƏBƏRLƏR