• Bakı 32° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Qarabağ kanalı yenidən qurulur: İşçi qrupunun növbəti iclası keçirildi

CƏMİYYƏT

02 Avqust 2025 | 10:17

Qarabağ kanalı yenidən qurulur: İşçi qrupunun növbəti iclası keçirildi

Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı yaradılmış işçi qrupunun növbəti onlayn iclası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

    İclasda çıxış edən işçi qrupunun rəhbəri Rafiq Aslanov kanalın 1958-ci ildə istifadəyə verildiyini, 172,4 km uzunluğa və 113 m³/san normal su sərfinə malik olduğunu qeyd edib. Bildirilib ki, Mingəçevir su anbarından başlanğıcını götürən kanal 1 şəhər və 8 rayonun 115 min hektara yaxın əkin sahəsinin suvarılmasında və yaşayış məntəqələrinin içməli su ilə təminatında mühüm rol oynayır. Yay aylarında Araz çayında su çatışmazlığının aradan qaldırılması üçün kanal vasitəsilə suyun Bəhramtəpə hidroqovşağına ötürüldüyü və bu yolla əlavə 5 rayonun da su təminatının yaxşılaşdırıldığı vurğulanıb.

    Qeyd olunub ki, kanalın torpaq məcralı olması səbəbindən sızmalar torpaqlarda şorlaşma yaradıb, məhsuldarlığı azaldıb və bu səbəbdən sonradan kollektor-drenaj şəbəkəsi inşa olunub.

    İclasda layihənin texniki-iqtisadi göstəriciləri üzrə alternativlər təqdim edilib, iştirakçıların təklifləri dinlənilib və texniki-iqtisadi əsaslandırmanın daha dolğun hazırlanması qərara alınıb. Layihə, Prezidentin 15 aprel 2024-cü il tarixli sərəncamına əsasən həyata keçirili


    SON XƏBƏRLƏR

    01 Avqust 2025