Bakıda 29 yaşlı oğlan qətlə yetirilib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün saat 11 radələrində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.
Qəsəbə sakini 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib.
Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olub.
Hadisənin hansı səbəbdən törədilməsi hələlik məlum deyil.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.