• Bakı 22° C

    16.45 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: İrana getməyin

DÜNYA

03 Iyul 2025 | 11:55

ABŞ-dən vətəndaşlarına ÇAĞIRIŞ: İrana getməyin

Yüksək terror riski, iğtişaşlar, qaçırılma və həbs olunma təhlükələri ilə əlaqədar olaraq ABŞ vətəndaşlarını İrana səfər etməməyə çağırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-nin İrandakı virtual səfirliyinin saytında bildirilib.

Qeyd edilib ki, ABŞ vətəndaşları yeniliklərlə bağlı yerli medianı yaxından izləməli və İrandan təşkil olunan kommersiya uçuşları ilə bağlı məsləhətləşmə aparmalıdır.

"İyul 2-dən etibarən İranın hava sahəsi qismən açılıb. Buna baxmayaraq, Tehran və digər şəhərlərdən kommersiya uçuşlarının fəaliyyətində fasilələr ola bilər. ABŞ vətəndaşları quru yolu ilə Azərbaycan, Ermənistan, Türkiyə və ya Türkmənistana keçə bilərlər”, - məlumatda deyilir.


SON XƏBƏRLƏR