Avropa Komissiyasının sədri Ursula fon der Leyenə COVID-19 peyvəndlərinin alınmasında korrupsiyaya görə etimadsızlıq səsverməsi qəbul olunarsa, bütün Avropa Komissiyası istefaya getməli olacaq.
Bakıvaxtı.az "Politico" nəşrinə istinadən xəbər verir ki, artıq Avropa İttifaqının tarixində korrupsiya iddialarına görə bütün Avropa Komissiyasının istefası ilə bağlı presedent olub.
Nəşrin məluatına görə, Ursula fon der Leyen gələn həftə Avropa Parlamentində etimadsızlıq səsverməsini gözləyir. Səsvermənin simvolik xarakter daşımasına və heç kimin onun uğur qazanacağını gözləməsinə baxmayaraq, Brüsseldə Leyenə qarşı qəzəbi artırıb. Avropa Komissiyasının rəhbərinə etimadsızlıq səsverməsi qəbul edilərsə, bu, bütün Avropa Komissiyasının istefasına gətirib çıxaracaq və yeni 27 Avropa komissarının təyin edilməsi üzrə mürəkkəb proses başlayacaq.
Qeyd olunub ki, korrupsiya iddiaları və qalmaqallar həm Avropa Komissiyasında, həm də Avropa Parlamentində qeyri-adi deyil. Lakin çox nadir hallarda məhkəmələrə və ya istefalara səbəb olur.
Gülşən Şərif