• Bakı 32° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Suriyalı nazir Azərbaycana və Türkiyəyə təşəkkür edib

DÜNYA

02 Avqust 2025 | 12:41

Suriyalı nazir Azərbaycana və Türkiyəyə təşəkkür edib

Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətində göstərdiyi dəstəyə görə Azərbaycan və Türkiyə dövlətlərinə təşəkkürünü bildirib.

Bakıvaxtı.az xatırladır ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.

Qeyd edək ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.


SON XƏBƏRLƏR

01 Avqust 2025