Əfqanıstanda baş verən zəlzələ çoxsaylı böhranlardan əziyyət çəkən ölkə üçün "mükəmməl fırtına" oldu.
Bakıvaxtı.az "Sky News"a istinadən xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib.
"Hazırda çox az məlumatımız var, lakin artıq yüzlərlə insanın ölməsi və daha çox insanın evsiz qalması haqqında məlumatlar daxil olur", - o bildirib.
Qrandi yaranmış vəziyyətin çox faciəvi olduğunu deyib.
Ali komissar vurğulayıb ki, bu ölkə onsuz da çoxsaylı böhranlardan əziyyət çəkir.
"Taliban yardım göstərmək üçün resursları səfərbər etməyi son dərəcə çətinləşdirir və zəlzələ ölkədəki kritik vəziyyəti daha da ağırlaşdırıb", - o əlavə edib.
Qrandi həmçinin beynəlxalq ictimaiyyətə və kömək edə bilən hər kəsə müraciət edərək təbii fəlakətdən zərər çəkmiş ölkəyə dəstək olmağı xahiş edib.
Qeyd edək ki, sentyabrın 1-i gecə saatlarında Əfqanıstanın Cəlalabad şəhəri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.