Rusiya prezidenti Vladimir Putin Türkiyənin Ukrayna nizamlanmasında xüsusi rol oynamağa davam edəcəyinə əmin olduğunu bildirib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə danışıb.
Putin türk dostlarına Ukrayna böhranının həllində siyasi və diplomatik səylərinə görə təşəkkür edib.
Rusiya lideri xatırladıb ki, 2025-ci ilin mayından etibarən İstanbul platformasında Rusiya-Ukrayna danışıqlarının üç raundu keçirilib.
Onun sözlərinə görə, Türkiyənin bu prosesdə rolu gələcəkdə də mühüm olacaq.
Əli Hüseynov