Pakistanın Gilgit-Baltistan bölgəsində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfərdən ibarət ekipaj həlak olub.
Bu barədə Bakıvaxtı.az Pakistan KİV-inə istinadən xəbər verir.
Məlumata görə, hava gəmisinin göyərtəsində 2 pilot və 3 texniki mütəxəssis olub.
"Məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb", - yerli hakimiyyətin nümayəndəsi bildirib.
O, həmçinin qeyd edib ki, helikopter sınaq enişi həyata keçirirmiş və qəzanın səbəbi hava gəmisinin texniki nasazlığı olub.
Bundan əlavə, qeyd olunur ki, helikopter Pakistan ordusuna məxsus olub.
***
11:14
Pakistanın Gilgit-Baltistan bölgəsində helikopter qəzası baş verib.
Bakıvaxtı.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində iki pilot və 3 ekipaj üzvü olmaqla 5 nəfər ölüb.
Helikopterin hərbi və ya mülki xarakterli olduğu açıqlanmayıb.