• Bakı 29° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

ŞƏT ölkələri enerji əməkdaşlığının inkişafı üzrə yol xəritəsini təsdiqləyib

DÜNYA

01 Sentyabr 2025 | 11:45

ŞƏT ölkələri enerji əməkdaşlığının inkişafı üzrə yol xəritəsini təsdiqləyib

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin liderləri 2030-cu ilə qədər enerji əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsi üçün yol xəritəsini təsdiqləyiblər.

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə təşkilətın Dövlət Başçıları Şurasının 25-ci iclasının yekunları üzrə qəbul edilmiş Tianjin Bəyannaməsində qeyd edilib.

    “ŞƏT Dövlət Başçıları Şurasının dayanıqlı enerjinin inkişafı ilə bağlı bəyanatı qəbul edilib və 2030-cu ilə qədər ŞƏT-ə üzv dövlətlərin enerji əməkdaşlığının inkişafı strategiyasının həyata keçirilməsinə dair yol xəritəsi təsdiq edilib”, - sənəddə deyilir.

    Qeyd edək ki, bu gün Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları Şurasının 25-ci iclası keçirilir. Sammitə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat qatılıb.


    SON XƏBƏRLƏR