Müəllimlərin geyimi hər zaman cəmiyyətin müzakirə mövzusu olub.
Bəzi insanlar şagirdlərin vahid forması olduğu kimi müəllimlərin də vahid formasının olmasının daha məqsədəuyğun olacağını qeyd edir.
Bəs maraqlıdır, müəllimlərin vahid formaya keçidi gözlənilirmi?
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Mövcud qanunvericilikdə müəllimlər üçün vahid formanın tətbiqi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmayıb.
"Bununla yanaşı bildiririk ki, “Təhsilverənlərin etik davranış Qaydaları”na əsasən təhsilverənin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır",- deyə agentlikdən məlumat verilib.
Mina Mikayılova