• Bakı 31° C

    4.12 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

Tokayevdən ŞƏT-in su problemlərinin öyrənilməsi ilə bağlı TƏKLİF

CƏMİYYƏT

01 Sentyabr 2025 | 09:26

Tokayevdən ŞƏT-in su problemlərinin öyrənilməsi ilə bağlı TƏKLİF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ekologiya sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini bildirib.

Bu barədə Bakıvaxtı.az Akordaya istinadən xəbər verir ki, o, bunu Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində çıxışı zamanı qeyd edib. 

"İqlim çağırışları sərhəd tanımır. Dünyanın bir çox dövlət və regionlarına ziyan vurur. Səhralaşma, quraqlıq, su hövzələrinin dayazlaşması, buzlaqların əriməsi və digər ekoloji problemlər kimi real təhdidlərlə mübarizə üçün birgə səmərəli strategiyalar hazırlamaq vacibdir. Buna görə də Qazaxıstanda ŞƏT-in su problemlərinin öyrənilməsi Mərkəzinin yaradılmasını dəstəkləyirik", - K.Tokayev bildirib.


SON XƏBƏRLƏR

31 Avqust 2025