Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 622 nəfərə çatıb, daha 1 500 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
***
09:47
Əfqanıstanda zəlzələ nəticəsində ölənlərin sayı 500-ə çatıb.
Bakıvaxtı.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə ölkənin yerli mediası məlumat yayıb.
Yaralıların sayının min nəfəri keçdiyi vurğulanıb.
***
08:49
Əfqanıstanda güclü zəlzələ olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar UTC vaxtı ilə saat 19:17-də, 200 min nəfər əhalisi olan Cəlalabad şəhərindən 50 km şimal-şərqdə qeydə alınıb.
6 maqnitudada olan zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.
Məlumata görə, zəlzələ 250 nəfərin həyatına son qoyub. 500-dən çox insanın yaralandığını bildirilir.