• Bakı 29° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Ağdamda valideynlərin zorakılıq etdiyi azyaşlının durumu açıqlanıb

CƏMİYYƏT

01 Sentyabr 2025 | 11:07

Ağdamda valideynlərin zorakılıq etdiyi azyaşlının durumu açıqlanıb

TƏBİB Ağdamda valideynlərin zorakılıq tətbiq etdiyi körpənin vəziyyəti ilə bağlı məlumat yayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 2023-cü il təvəllüdlü azyaşlının müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyəti ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, 27.08.2025-ci il tarixində saat 16:20 radələrində komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan azyaşlı zəruri tibbi xidmət göstərildikdən sonra, daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. 

Pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.


SON XƏBƏRLƏR