• Bakı 28° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

KİV: Fon der Lyayenin təyyarəsinin GPS-i Rusiya tərəfindən sıradan çıxarılıb

DÜNYA

01 Sentyabr 2025 | 13:51

KİV: Fon der Lyayenin təyyarəsinin GPS-i Rusiya tərəfindən sıradan çıxarılıb

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin təyyarəsi Bolqarıstanın Plovdiv şəhərinin hava limanında məcburi eniş edib, ehtimal olunur ki, bu, Rusiyanın təyyarənin GPS-ini sıradan çıxaran hücumu səbəbindən baş verib.

Bu barədə Bakıvaxtı.az "Financial Times"a istinadən xəbər verir.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, təyyarənin pilotları Plovdiv şəhərinin hava limanına enmək üçün kağız xəritələrdən istifadə etməyə məcbur olublar.

"Hava limanının bütün ərazisində GPS söndürülüb", - nəşrin mənbələrindən biri bildirib. "Bu, şübhəsiz ki, (kənar) müdaxilə səbəbindən baş verib".

Bolqarıstan Hava Nəqliyyatı İdarəsi "Financial Times"a verdiyi açıqlamada müdaxilə faktını təsdiqləyib.

Qeyd olunub ki, hava limanı ətrafında bir saat uçduqdan sonra təyyarənin pilotu analoq xəritələrdən istifadə edərək onu əllə yerə endirmək qərarına gəlib.

Fon der Lyayen avqustun 31-də Baltik ölkələri, Finlandiya, Polşa, Rumıniya və Bolqarıstana turne çərçivəsində Bolqarıstana səfər edib.


SON XƏBƏRLƏR