Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə Cənubi Qafqazda sülh prosesini müzakirə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.
Görüş Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutub.
"Görüş zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pezeşkian Suriyadakı cari vəziyyət, İsrailin Qəzza zolağına hücumları və Cənubi Qafqazda sülh prosesi barədə fikir mübadiləsi aparıblar", - bəyanatda bildirilib.
***
16:24
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Şurasının 25-ci Zirvə Toplantısı çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.