İsrail ordusunun Qəzzaya bu gün səhər təşkil etdiyi hava hücumlarında azı 19 fələstinli həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, hücumlar nəticəsində həlak olanlar arasında uşaqlar, qadınlar və məcburi köçkünlər də var.
Qeyd edilib ki, Qəzzanın müxtəlif bölgələrində evlər və qaçqınların sığındığı çadırlar bombalanıb.
Xəstəxana mənbələri çox sayda yaralının olduğunu təsdiqləyib. Hadisə bölgəsində axtarış-xilasetmə işləri davam edir.
Əli Hüseynov