İstanbul Hava Limanı 18-24 avqust tarixlərini əhatə edən dövrdə gündə orta hesabla 1635 uçuşla Avropanın ən işlək hava limanı olub.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə EUROCONTROL-un dərc etdiyi “Avropa Aviasiya Hesabatı”nda qeyd edilib.
İstanbul Hava Limanı bu göstərici ilə birinci yeri tutub.
Onu gündəlik 1450 uçuşla Amsterdam, 1432 uçuşla Şarl de Qoll, 1384 uçuşla Frankfurt və 1346 uçuşla Hitrou aeroportları izləyib.
Antalya Hava Limanı isə gündəlik 1055 uçuşla Avropanın ən işlək 8-ci hava limanı olub.
Əli Hüseynov