Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 4-də Fransada Avropa liderləri ilə görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP-yə anonim mənbə məlumat verib.
Məlumata görə, ABŞ Prezidenti Donald Trampın bu görüşdə iştirakı planlaşdırılmır.
Liderlər Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin təmin olunması ətrafında fikir mübadiləsi aparacaqlar.