Almaniyanın "Bayer 04" klubu baş məşqçi Erik Ten Haqla yolları ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komandanı müvəqqəti olaraq onun köməkçiləri çalışdıracaq.
Qeyd edək ki, niderlandlı mütəxəssis bu ilin mayında komandaya baş məşqçi təyin olunmuşdu.