• Bakı 28° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Ərdoğan: Bu, Rusiya və Ukrayna arasındakı münaqişənin həllinə töhfədir

DÜNYA

01 Sentyabr 2025 | 13:16

Ərdoğan: Bu, Rusiya və Ukrayna arasındakı münaqişənin həllinə töhfədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Rusiya lideri Vladimir Putinlə görüşündə İstanbuldakı Ukrayna ilə bağlı danışıqları sülh prosesinə töhfə hesab etdiyini bildirib.

Bu barədə Bakıvaxtı.az Rusiya KİV-nə istinadən xəbər verir.

"Prezident Rəcəb Tayyib Ərdoğan Ukraynadakı müharibənin dayandırılması, ədalətli və dayanıqlı sülhün təmin edilməsi istiqamətində Türkiyənin səylərinin davam etdiyini bildirib. Onun fikrincə, İstanbuldakı danışıqlar sülh prosesinə töhfə verib", - R.Ərdoğanın dəftərxanasının V.Putin ilə görüşün nəticələrinə dair bəyanatında bildirilib.

Xatırladaq ki, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında üçüncü danışıqlar raundu keçirilib. Tərəflər hərbi əsirlərin mübadiləsini, memorandumları və liderlərin görüşünü müzakirə ediblər.


SON XƏBƏRLƏR