Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Türkiyə Ukrayna münaqişəsinin həllində xüsusi rol oynamağa davam edəcək.
Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, V.Putin bunu Çində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
"Əminəm ki, Türkiyənin bu məsələlərdə xüsusi rolu bundan sonra da tələb olunacaq", - Rusiya Prezidenti qeyd edib.
O, Ukrayna nizamlanmasında siyasi-diplomatik səylərə töhfəsinə görə Türkiyəyə minnətdarlığını bildirib.