• Bakı 29° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaqmı? - AÇIQLAMA

SİYASƏT

01 Sentyabr 2025 | 11:07

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaqmı? - AÇIQLAMA

Çin Xalq Respublikasının Sədri Si Cinp Prezident İlham Əliyev ilə görüşü zamanı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olmasını dəstəklədiyini bəyan edib.

Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, çox vektorlu xarici siyasət həyata keçirən Azərbaycan əksər aparıcı beynəlxalq qurumlar, o cümlədən ŞƏT və təşkilata üzv olan əksər dövlətlər ilə tərəfdaşlığı gücləndirir.

Deputat qeyd edib ki, Qərb və Şərqlə əməkdaşlığını dərinləşdirən Azərbaycanın regional təhlükəsizliyin qorunmasında rolu daha da artmaqdadır:

"ŞƏT ilə tərəfdaşlıq coğrafı paylaşımına və əhalisinə görə dünyanın ən böyük təşkilatı ilə əməkdaşlıq deməkdir. Avrasiyanın 65, dünya ərazisinin 24 faizini əhatə edən təşkilata üzv dövlətlərdə dünya əhalinin 42 faizi yaşayır. Bu eyni zamanda, qlobal nominal ÜDM-in 23, real iqtisadiyyatın isə 36 faizinin həmin dövlətlərdə formalaşması deməkdir".

Millət vəkili vurğulayıb ki, Azərbaycan təşkilat ilə dialoq tərəfdaşlığı olan 14 dövlətdən biridir. 10 üzvü olan təşkilatda 2 dövlət müşahidəçi kimi təmsil olunur.

"Hazırda ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan müşahidəçi ölkə statusu almaq üçün rəsmi müraciət edib. Azərbaycan dialoq tərəfdaşı kimi bu qurumla sıx əməkdaşlıq edir.

ŞƏT ilə əməkdaşlığın güclənməsi fonunda Azərbaycan üçün ABŞ daxil olmaqla Qərb dövlətləri ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsi prioritet olaraq qalmaqdadır. Çox vektorlu xarici siyasət Azərbaycanın geo-siyasi mövqeyini daha da gücləndirir",- deyə Vüqar Bayramov bildirib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

31 Avqust 2025