• Bakı 29° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

Bu ölkələrdə sentyabrın 1-i “Bilik günü”dür - SİYAHI

CƏMİYYƏT

01 Sentyabr 2025 | 10:21

Bu ölkələrdə sentyabrın 1-i “Bilik günü”dür - SİYAHI

İki həftədən sonra Azərbaycanda növbəti dərs ili başlayacaq.

Bakıvaxtı.az-ın məlumatına görə, ölkəmizdə dərs ili hər il sentyabrın 15-də başlayır, 14 iyunda başa çatır.

Qeyd edək ki, bəzi ölkələrdə dərs ili bu gün – sentyabrın 1-də başlayır. Xatərladaq ki, Azərbaycanda da yeni tədris ili 2004-cü ilədək sentyabrın 1-də başlayıb,  mayın 15-də çalınan “Son zəng”lə başa çatırdı. Dərslərin sentyabrın 15-dən başlaması Prezident İlham Əliyevin 2004-cü il avqustun 21-də imzaladığı fərmanla qərarlaşdırılıb. Bu fərmanla Bilik Günü sentyabrın 15-nə təyin edilib.

Bakıvaxtı.az bu gün “Bilik günü”nü qeyd edən ölkələrin siyahısını təqdim edir:

Belçikada dərs ili sentyabrın 1-i başlayır və iyunun 30-na kimi davam edir.

Çexiyada da “Bilik günü” 1 sentyabrda başlayır. İyunun 30-da isə məktəblilərin tətilinə start verilir.

Estoniya da dərslərin 1 sentyabrda başladığı ölkələrdəndir. Burada da tədris ili iyunun sonlarında başa çatır.

Macarıstanda dərs ili 1 sentyabr – 15 iyun aralğlğını əhatə edir.

Ukraynada da məktəblər sentyabrın 1-dən açılır.

İsraildə ilk dərs günü sentyabr 1-də başlayır. Dəsr ilinin bitmə tarixi idə fərqli olur. Belə ki, itidai siniflər üçün son dərs günü iyunun 30-da, orta məktəb və liseylər üçün isə iyunun 20-də olur.

Rusiyada “Bilik günü” ənənəvi sentyabrın 1-də qeyd olunur. Məktəblilərin yay tətili mayın 25-dən başlayır.

Ermənistanda məktəblər 1 sentybard açılır və mayın sonuna qədər davam edir.

Polşada da dərslər sentyabrın 1-də başlayır. İyunun 20-dən sonrakı ilk cümə günü isə məktəblər bağlanır.

Sloveniyada yeni dərs ili sentyabrın 1-dən başlayıb iyunun 24-də başa çatır.

Nərgiz Məmmədi


SON XƏBƏRLƏR