• Bakı 29° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

Ərdoğan sülh prosesindən məmnunluğunu ifadə edib

SİYASƏT

01 Sentyabr 2025 | 09:53

Ərdoğan sülh prosesindən məmnunluğunu ifadə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çində Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Cənubi Qafqazda sülh prosesini müzakirə edib.

Bakıvaxtı.az TRT Haber-ə istinadən xəbər verir ki, Ərdoğan Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən məmnunluğunu ifadə edib.

Prezident Türkiyənin bölgədə sülhü, sabitliyi və inkişafı dəstəklədiyini, bu prosesə töhfə verməyə davam edəcəyini vurğulayıb.

Dövlət başçısı, həmçinin Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın artırılmasına yönəlik addımların da dəyərləndirildiyini qeyd edib.


SON XƏBƏRLƏR

31 Avqust 2025