Husilər Qırmızı dənizdə İsrailə məxsus "Scarlet Ray" neft tankerini vurublar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Liberiya bayrağı altında üzən İsrailə məxsus tanker Səudiyyə Ərəbistanının Qırmızı dənizdəki Yanbu liman şəhərinin cənub-qərbində yaxınlıqda partlayış baş verdiyini bildirib.
Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, gəmi heyəti naməlum mərminin çox yaxınlığında partlayış" müşahidə etdiklərini qeyd ediblər.
Onlar nəzərə çatdırıb ki, gəminin bütün heyəti təhlükəsizdir və gəmi marşrutu üzrə hərəkətini davam etdirir.
İngilis şirkəti daha sonra bildirib ki, tanker açıq şəkildə İsrailə məxsus olduğu üçün Yəmən Husilərinin hədəflərinə uyğundur.
Mina Mikayılova