• Bakı 28° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Finlandiyada Rusiya ilə sərhədin açılmasına dəstək üçün fləşmob keçiriləcək

DÜNYA

01 Sentyabr 2025 | 13:40

Finlandiyada Rusiya ilə sərhədin açılmasına dəstək üçün fləşmob keçiriləcək

Sentyabrın 1-də Finlandiyanın Lappeenranta şəhərində Rusiya ilə sərhədin açılmasına dəstək məqsədilə fləşmob keçiriləcək. 

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Lappeenranta Şəhər Şurasının deputatı İvan Devyatkin məlumat verib.

Onun sözlərinə görə, fləşmobun keçirilməsində məqsəd Finlandiyadan Rusiyaya Estoniya, Türkiyə və ya Norveç vasitəsilə səyahətin bir çox insan üçün əlçatmaz olduğunu nümayiş etdirməkdir.

Qeyd edək ki, avqustun 27-də Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov bəyan edib ki, Rusiya və Finlandiya arasında ikitərəfli münasibətlərdə vəziyyət son dərəcə acınacaqlı olaraq qalır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR