• Bakı 29° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9829

    RUB - 2.1086

Film layihələrinin pitçinq mərhələsinə start verilir

CƏMİYYƏT

01 Sentyabr 2025 | 11:50

Film layihələrinin pitçinq mərhələsinə start verilir

2025-ci il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsi sentyabr ayında Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Pitçinq mərhələsi iştirakçılara film layihələrini təqdim etmək imkanı yaradacaq. Hər layihəyə ümumilikdə 15 dəqiqə vaxt ayrılıb. Bu müddət çərçivəsində layihənin təqdimatı və müzakirə hissələri olacaq. Yalnız tammetrajlı bədii filmlər üçün əlavə olaraq bir dəqiqəlik tizer nümayişi nəzərdə tutulur.

Təqvimə əsasən, 5 sentyabrda 5 animasiya və 3 tələbə filmi, 12 sentyabrda 8 qısametrajlı bədii film, 19 sentyabrda 4 bədii-sənədli və 3 sənədli film, 26 sentyabrda isə 6 tammetrajlı bədii film təqdim olunacaq.

Təqdimatlar saat 10:00-da Nizami Kino Mərkəzində başlayacaq.


SON XƏBƏRLƏR