• Bakı 28° C

    1.24 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Azərbaycanda bəzi işçi qrupların tərkibi genişləndirilib

CƏMİYYƏT

01 Sentyabr 2025 | 11:30

Azərbaycanda bəzi işçi qrupların tərkibi genişləndirilib

Nazirlər Kabineti "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın və "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında" ölkə Prezidentinin 30 may 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə 18 iyun və 24 iyun 2025-ci il tarixli sərəncamlarında dəyişiklik edib. 

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb. 

Sərəncama əsasən, "Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası üzrə Alt İşçi qrup"un tərkibinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyəti sədrinin müavini, Dövlət Neft Şirkətinin vitse-prezidenti, "Azərenerji" ASC-nin İdarə Heyəti sədrinin müavini və "Azərişıq" ASC-nin sədrinin müavini, "Yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini üzrə Alt İşçi qrup"a "Azərenerji"nin İH sədrinin müavini əlavə edilib, "Təhsil üzrə Alt İşçi qrup"a isə kənd təsərrüfatı nazirinin müavini daxil edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026