• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycan millisi III MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək

İDMAN

01 Sentyabr 2025 | 14:16 | Müəllif: Əli Hüseynov

Azərbaycan millisi III MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək

Azərbaycanın 17 yaşadək oğlan voleybolçulardan ibarət millisi III MDB Oyunlarına hazırlığı Gürcüstanda davam etdirəcək. 

Bu barədə Bakıvaxtı.az-a Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komanda bu məqsədlə Tbilisi şəhərinə yola düşüb. Sentyabrın 10-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yığma Gürcüstanın yeniyetmələrdən ibarət millisi ilə bir neçə yoxlama oyunu da keçirəcək.

Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi təlim-məşq toplanışına 15 idmançı ilə yollanıb. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026