• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yanğınsöndürən balonundan 2 kq metamfetamin aşkarlanıb

CƏMİYYƏT

01 Sentyabr 2025 | 09:09 | Müəllif: Əli Hüseynov

Yanğınsöndürən balonundan 2 kq metamfetamin aşkarlanıb

Yük nəqliyyat vasitəsinin yanğınsöndürən balonundan 2 kiloqram metamfetamin aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

    Məlumata görə, İran İslam Respublikasından Biləsuvar gömrük buraxılış məntəqəsi vasitəsilə ölkə ərazisinə daxil olan yük nəqliyyat vasitəsinə rentgen qurğusunun tətbiq edilməsi ilə həyata keçirilən gömrük baxışı zamanı və digər kompleks tədbirlər nəticəsində avtomobilin yanğınsöndürmə balonundan gömrük nəzarətindən gizlədilən, ümumi təqribi çəkisi 2 kiloqram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

    Qaçaqmalçılıqda şübhəli bilinən sürücü və ölkə ərazisində cinayətin iştirakçısı olan digər şəxs saxlanılıb.

    Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.


    Yanğınsöndürən balonundan 2 kq metamfetamin aşkarlanıbYanğınsöndürən balonundan 2 kq metamfetamin aşkarlanıb
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026