• Bakı 28° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Özbəkistan Aİ ilə genişləndirilmiş tərəfdaşlıq sazişi imzalayacaq

DÜNYA

01 Sentyabr 2025 | 13:27

Özbəkistan Aİ ilə genişləndirilmiş tərəfdaşlıq sazişi imzalayacaq

Özbəkistan və Avropa İttifaqı (Aİ) oktyabrın 24-də genişləndirilmiş əməkdaşlıq haqqında saziş imzalamağı planlaşdırır. 

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Koşta məlumat verib.

Yeni sazişin 1999-cu ildən qüvvədə olan köhnə müqaviləni əvəz edəcəyi gözlənilir. Məsələ ilə bağlı danışıqlar 2019-cu ildə başlayıb və 2022-ci ildə yekunlaşıb.

Müqavilə ticarət müddəaları, texniki reqlamentlər, sanitariya tədbirləri və s. daxil olmaqla bir çox məsələləri əhatə edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR