• Bakı 16° C

    2.76 m/s

ŞƏT ölkələri hərbi sahədə əməkdaşlığa razıdırlar

DÜNYA

01 Sentyabr 2025 | 13:15 | Müəllif: Gülşən Şərif

ŞƏT ölkələri hərbi sahədə əməkdaşlığa razıdırlar

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələr hərbi sahədə əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər. 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu, Çinin Tyantszin şəhərində keçirilən sammitin yekun bəyannaməsində yer alıb. 

Bildirilib ki, ŞƏT ölkələri öz müdafiə idarələri arasında əməkdaşlığı inkişaf etdirməyə, hərbi sahədə etimadın möhkəmləndirilməsi tədbirləri haqqında sazişin imzalanmasına hazırdırlar.

Qeyd edək ki, avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində ŞƏT-in sammiti keçirilir. Sammitdə 20-dən çox dövlət başçısı iştirak edir.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026