• Bakı 23° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Sabunçuda azyaşlıya işgəncə iddiası araşdırılır – RƏSMİ

CƏMİYYƏT

01 Sentyabr 2025 | 10:11 | Müəllif: Əli Hüseynov

Sabunçuda azyaşlıya işgəncə iddiası araşdırılır – RƏSMİ

Bakı şəhərinin Sabunçu rayonunda xalasının işgəncə verdiyi iddia edilən azyaşlı ilə bağlı araşdırma aparılır.

Bakıvaxtı.az-ın xəbərinə görə, "Təmiz dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Report-a bildirib ki, azyşalının zorakılığa məruz qalması barədə qonşular məlumat veriblər:

"Uşağın atası və anası vəfat edib, xalası ilə yaşayır. Artıq polis əməkdaşları ilə də əlaqə saxlanılıb. Rayon icra hakimiyyətinin nümayəndələri, polis əməkdaşları hazırda hadisə yerinə gedirlər. Ətraflı məlumat veriləcək". 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026