"ŞƏT üzvləri beynəlxalq institutlarda islahatların aparılması məqsədilə əməkdaşlığı genişləndirə bilərlər".
Bakıvaxtı.az "The Times of India"ya istinadən xəbər verir ki, bunu Hindistanın baş naziri Narendra Modi deyib.
O, ŞƏT sammitində çıxışı zamanı BMT-ni islahatlara çağırıb:
"Qlobal Cənubun istəklərini köhnəlmiş çərçivə ilə məhdudlaşdırmaq gələcək nəsillərə qarşı böyük ədalətsizlikdir. Biz köhnə ağ-qara ekranda yeni nəslin çoxrəngli arzularını göstərə bilmərik. Ekran dəyişdirilməlidir".
Gülşən Şərif