• Bakı 28° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

İran AEBA-nın baş direktorunu əməkdaşlıq üçün "əsas problem" hesab edir

DÜNYA

01 Sentyabr 2025 | 14:32

İran AEBA-nın baş direktorunu əməkdaşlıq üçün əsas problem hesab edir

İran Xarici İşlər Nazirliyinin və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri əməkdaşlığın bərpası məsələsi ilə bağlı danışıqların növbəti raundunu keçirəcəklər.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami bildirib.

O, AEBA ilə əməkdaşlığın qurulmasında əsas problemin agentliyin baş direktoru Rafael Qrossi olduğunu bildirib.

"Hazırda XİN və agentliyin nümayəndələri arasında iki görüş keçirilib, üçüncü görüş də planlaşdırılır. Agentliyə qarşı əsas iradımız onun idarəetmə sisteminin hegemon nizamın təsiri altında olması, əsas problem isə baş direktorun şəxsiyyətidir", - M.İslami vurğulayıb.


SON XƏBƏRLƏR