• Bakı 20° C

    5.72 m/s

  • USD - 1.7

    EUR - 1.9908

    RUB - 2.1208

Gürcüstan prezidenti Trampdan ölkəsinə diqqət göstərməyi xahiş edib

DÜNYA

01 Sentyabr 2025 | 14:26

Gürcüstan prezidenti Trampdan ölkəsinə diqqət göstərməyi xahiş edib

Gürcüstan prezidenti Mixail Kavelaşvili amerikalı həmkarı Donald Trampa açıq məktub göndərib.

Bakıvaxtı.az "Vzqlyad" qəzetinə istinadən xəbər verir ki, o, açıq məktubda ABŞ prezidentinin Gürcüstandan başqa, ölkəsinin bütün qonşularına diqqət yetirdiyini vurğulayıb.

Mixail Kavelaşvili bildirib ki, bu, Gürcüstan vətəndaşları arasında təəssüf yaradır.

"Tramp artıq Azərbaycan və Ermənistanla sülh sazişinin rəsmiləşdirilməsinə, Türkiyə hakimiyyəti ilə fəal əməkdaşlıq qurmağa və hətta Vladimir Putinlə tərəfdaşlığı bərpa etməyə uğurla kömək edib. Biz Tbilisinin Co Bayden administrasiyası tərəfindən dayandırılmış ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə hazırıq", - Gürcüstan prezidentinin məktubunda qeyd olunub.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Oktyabr 2025