31.08.2025-ci il tarixində saat 17:00 radələrində Tovuz rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 4 nəfər (3-ü kişi, 1-i qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Verilən məlumata görə, müştərək travma, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin açıq yaraları diaqnozları təyin olunan şəxslərə zəruri ilkin tibbi xidmət göstərilib.
Qeyd olunub ki, vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə olunub.
Qeyd edək ki, Tovuzun Aşağı Öysüzlü kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir ailənin 4 üzvü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1987-ci il təvəllüdlü İ.İsmayılov, 1988-ci il təvəllüdlü Ş.İsmayılova,2023-cü il təvəllüdlü C.İsmayılov və 2017-ci il təvəllüdlü Z.İsmayılovdur.
Mina Mikayılova