• Bakı 31° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül püskürdü

DÜNYA

02 Avqust 2025 | 13:42

Klyuçevskaya Sopka vulkanı 9 km hündürlüyə kül püskürdü

Rusiyanın Kamçatka yarımadasında yerləşən Klyuçevskaya Sopka vulkanı təxminən 9 kilometr yüksəkliyə kül püskürüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.

Bildirilir ki, vulkandan çıxan kül dəniz səviyyəsindən 9 min metr hündürlüyə qalxıb.

Qeyd edək ki, iyulun 30-da Kamçatkada 8,7 bal gücündə zəlzələ baş vermişdi.

Bu zəlzələnin ertəsi günü, iyulun 31-də isə vulkanın kül püskürməsi qeydə alınıb.


SON XƏBƏRLƏR