• Bakı 20° C

    14.1 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Çikaqoda silahlı hücum: 4 ölü, 14 yaralı

DÜNYA

03 Iyul 2025 | 15:12

Çikaqoda silahlı hücum: 4 ölü, 14 yaralı

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində baş verən silahlı insident nəticəsində 4 nəfər həyatını itirib, 14 nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə ilə bağlı polis rəsmiləri tərəfindən yayılan ilkin məlumatda bildirilir ki, atəş açan şəxs avtomobildə olub və camaata doğru atəş açdıqdan sonra hadisə yerindən uzaqlaşıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb, onlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Hazırda hadisə ilə bağlı genişmiqyaslı istintaq aparılır, hüquq-mühafizə orqanları hücum edən şəxsin şəxsiyyətini müəyyənləşdirmək və onu ələ keçirmək üçün axtarışları davam etdirir.

Hadisənin motivi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Çikaqo polisi və şəhər rəhbərliyi vətəndaşları ayıq-sayıq olmağa çağırıb.

Yaxın saatlarda əlavə məlumatların yayılması gözlənilir.

Əli Hüseynov


SON XƏBƏRLƏR