• Bakı 21° C

    14.92 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

"Bloomberg": Sanskiyalara baxmayaraq, İranın neft sənayesi yüksəlir

İQTİSADİYYAT

03 Iyul 2025 | 14:15

Bloomberg: Sanskiyalara baxmayaraq, İranın neft sənayesi yüksəlir

Amerikanın İranın enerji sektoruna qarşı sanksiyaları rekord səviyyəyə çatan neft hasilatına ciddi təsir göstərmir.

Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki,  buna səbəb neft məhsullarının ixrac çeşidinin şaxələndirilməsi üzrə tədbirlərin kompleksi təsir edib.

Agentlik Britaniya Energetika İnstitutunun hesablamalarına istinadən bildirir ki, İran 2024-cü ildə orta hesabla gündə təxminən 5 milyon barel (bpd) neft hasil edib ki, bu da ölkənin hələ ABŞ sanksiyalarına məruz qalmadığı 1978-ci ildən bəri ən yüksək səviyyədir. 2024-cü ildə İranın neft və neft məhsulları ixracının dəyəri 2012-ci il səviyyəsinə yaxınlaşaraq 78 milyard dollar təşkil edib.

Qeyd olunub ki, son olaraq İsrailin İran ərazisinə endirdiyi zərbələr İslam Respublikasının neft sənayesinə ciddi ziyan vurmayıb. Bu kontekstdə Tehran 2025-ci ildə hasilatı və ixrac həcmini artırmağa davam edəcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR