• Bakı 20° C

    14.1 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Ötən ay su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı - YENİLƏNİB

HADİSƏ

03 Iyul 2025 | 16:38

Ötən ay su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Yeni Xanqızı suvarma kanalının Beyləqan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

    Əlavə məlumat veriləcək.

    ***

    16:17

    Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.

    Bakıvaxtı.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batan 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın meyiti sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

      Qeyd edək ki, hadisə iyunun 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri-2004-cü il təvəllüdlü Ümid İbrahimov, 2005-ci il təvəllüdlü Aliyə Həsənova və Fazil Həsənov həmin ərazidə istirahət edən zaman A.Həsənova suda batıb. Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb. Hər iki şəxs suda boğulub.


      SON XƏBƏRLƏR