• Bakı 22° C

    15.31 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Rusiyada azərbaycanlı "qanuni oğru"lar saxlanıldı - VİDEO - YENİLƏNİB

DÜNYA

03 Iyul 2025 | 22:08

Rusiyada azərbaycanlı qanuni oğrular saxlanıldı - VİDEO - YENİLƏNİB

Cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda” şübhəli bilinən Zaur Əhmədov Orenburqda saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, 47 yaşlı iş adamı Zaur Əhmədov Rövşən Lənkəranskinin xalası oğlu və qaynıdır. Onun oğru statusu yoxdur, amma Lənkəranskinin ölümündən sonra öz “imperiyasına” başçılıq edib. Əhmədovu “Food City-nin nəzarətçisi” də adlandırırlar.

Vaqif Süleymanova gəlincə, onun saxlanılmasına səbəb, “Kommersant”ın yazdığına görə, Rusiyada “olma qaydalarının pozulması” olub. E.Süleymanov Azərbaycana deportasiya olunmaq üçün Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Moskvadakı xarici vətəndaşların müvəqqəti saxlanma məntəqəsinə göndərilib. Süleymanov Moskvada müxtəlif biznes layihələri, xüsusən də “Food City” ilə tanınır. O, Tbilisidə anadan olub, gənclik illərini Bakıda keçirib, 1990-cı illərdə Rusiyaya köçüb.

***21:29

Azərbaycan əsilli ən nüfuzlu “qanuni oğru”lardan biri Vaqif Süleymanov Moskvada saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 

Bildirilir ki, o, Saxarovdakı xüsusi müəssisəyə aparılıb və orada üç ay qalacaq. Daha sonra Vaqif Süleymanov Azərbaycana deportasiya olunacaq.

Vaqifdən başqa Azərbaycandan olan digər avtoritet Zaur da saxlanılıb. Zaur Orenburqda saxlanılıb. O, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda ittiham olunur.

 

 


SON XƏBƏRLƏR

03 Iyul 2025