12-20 avqust tarixlərində Ermənistanda "Eagle Partner - 2025" adı altında Ermənistan-ABŞ hərbi təlimləri keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, təlimlərdə Ermənistanın sülhməramlı briqadasının şəxsi heyəti, habelə ABŞ Quru Qoşunlarının Avropa və Afrikadakı briqadalı və Kanzasda yerləşən Milli Qvardiyanın hərbçiləri iştirak edəcəklər.
Manevrlərdə sülhməramlı tapşırıqların icrası, o cümlədən tibbi təxliyənin təşkili kimi manevrlər icra olunacaq.