• Bakı 22° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Zelenski Umerova HHM-lərin alınması ilə bağlı tapşırıq verib

DÜNYA

01 Sentyabr 2025 | 18:12

Zelenski Umerova HHM-lərin alınması ilə bağlı tapşırıq verib

Ukrayna Prezidenti Volodimir Zelenski istilik mövsümünə hazırlığa həsr olunmuş Ali Baş Komandanın Qərargahının iclasını keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

"Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstem Umerova məmurları, vilayət administrasiyalarını, enerji şirkətlərini əlavə kiçik və ortamənzilli Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin alınması üçün koordinasiya etməyi, həmçinin dron istehsalçılarına maliyyələşdirməni artırmağı tapşırdım. Prioritet - "Shahed"in vurulmasıdır", - o qeyd edib.

Bundan əlavə, Ukrayna prezidenti bildirib ki, yaydan etibarən enerji sektorlarının qışa hazırlığı davam edir.

"Qarşıya qoyulan tapşırıqları tam yerinə yetirən hər kəsə minnətdaram. Bütün təhdidləri nəzərə alaraq hazırlıq qrafikini qabaqlayıcı şəkildə yerinə yetirmək vacibdir", - o vurğulayıb.


SON XƏBƏRLƏR