Ukraynada məktəblərdə 12 illik təhsilin tətbiqi üzrə eksperiment bu il sentyabrın 1-dən başlayacaq.
Bakıvaxtı.az "The Kyiv İndependent"ə istinadən xəbər verir ki, bunu Ali Radanın Təhsil Komitəsinin rəhbəri Sergey Babak deyib.
Onun sözlərinə görə, bu qərar Ukraynanın Qərb dövlətləri ilə yaxınlaşması, Rusiya və Belarusiyaya bənzəməməsi üçün verilib.
"12 illik məktəbin tətbiqi üzrə pilot layihə sentyabrın 1-dən başlayacaq. Pilot layihə 2027-ci il sentyabrın 1-dək davam edəcək. Eksperiment çərçivəsində Ukrayna məktəblərində yeni proqramların sınaqdan keçirilməsi aparılacaq. Bu, orta ixtisas təhsili üzrə yeni dövlət standartının tətbiqi və 12 illik təhsil sisteminə keçidə hazırlıq istiqamətində ilk addımdır. Bu gün 11 illik təhsil sistemi Rusiya, Belarus və Ukraynada qalır. 12 illik təhsil sistemi ümumilikdə bütün Avropada qəbul edilir. Amerika da bu standartı qəbul edib".
Babak bildirib ki, bu sistemə keçid Ukrayna sertifikatlarının avropalılar tərəfindən tanınmasını asanlaşdıracaq.
Gülşən Şərif