İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS hərəkatının Əl-Furqan batalyonunun komandir müavinini məhv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, öldürülən komandir müavini batalyonun döyüş dəstəyinə cavabdeh olub. Qəzza zolağında ordu hissələrinə qarşı çoxsaylı hücumların təşkilində iştirak edib./Axar.az