• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Putin-Tramp-Zelenski görüşü ilə bağlı Rusiyadan açıqlama

DÜNYA

01 Sentyabr 2025 | 19:21 | Müəllif: Subhan Mahmudov

Putin-Tramp-Zelenski görüşü ilə bağlı Rusiyadan açıqlama

Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski ilə üçtərəfli və ya ayrı-ayrılıqda ikitərəfli görüşlə bağlı hələlik heç bir razılaşma əldə etməyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O izah edib ki, Rusiya-Ukrayna danışıqlarında nümayəndələrin səviyyəsinin artırılması ilə bağlı hələlik konkret təkliflər yoxdur.

"Hələlik mətbuatda yayımlananlar bizim razılaşdığımız şey deyil. İndi üçtərəfli görüşdən, Putinlə Zelenski arasında görüşdən danışırlar. Amma bildiyimə görə, Putinlə Tramp arasında bununla bağlı konkret razılaşma olmayıb", - Uşakov bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026