• Bakı 22° C

    15.31 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

İsraildən Beyrutda əməliyyat: Hizbullah komandiri öldürüldü

DÜNYA

03 Iyul 2025 | 21:36

İsraildən Beyrutda əməliyyat: Hizbullah komandiri öldürüldü

İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA Livanın paytaxtı Beyrutun cənubunda magistral yolda hərəkət edən avtomobili vurub və nəticədə Hizbullahın silahlı qanadının komandirlərindən biri ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Əl-Cədid” məlumat yayıb.

Məlumata görə, hadisə Xalde məhəlləsi yaxınlığında baş verib. Raketllə vurulan avtomobil yanıb.

Bildirilir ki, öldürülən komandir İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds bölməsi ilə qarşılıqlı əlaqəyə cavabdeh olub.

 


SON XƏBƏRLƏR

03 Iyul 2025